Maska taxan 4 soyğunçu mağazanı

İstanbul Gaziosmanpaşada maska taxan silahlı 4 nəfər bir mağazanı soymağa çalışıb.

Metbuat.az-ın “Haberler.com”a istinadən verdiyi məlumata görə, ağazaya girən şübhəlilər iş yeri sahibinin müqaviməti ilə qarşılaşıb və baş verən qarşıdurmada mağaza sahibi Əli Y. ilə yanında olan qonşusu Eyüb T.-yi yaralayıb.

Soyğun cəhdinə aid kamera görüntüləri ortaya çıxıb. Görüntülərdə əllərində silah və üzlərində maska olan 4 nəfərin mağazaya girdiyi görülür. Həmin anda mağazada alış-veriş edən bir müştəri qorxuyla əllərini havaya qaldırır. Kassaya yaxınlaşan şübhəlilərdən birinin kassada dayanan işçini hədələdiyi görünür.

https://metbuat.az/news/1004372/istanbulda-yerlese...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR