Seldən sonra ortaya qorxulu görüntülər çıxdı -

Türkiyənin Ordu şəhərində baş verən sel ortaya dəhşətli mənzərə çıxarıb.

Metbuat.az-ın məlumatına görə, sel nəticəsində 250 ton fındıq dənizə tökülüb. Məhsulun ümumi dəyərinin 3 milyon lirə olduğu deyilir. Bildirilir ki, yığım zamanı fındıqlar bir yerə toplandığından sel onları asanlıqla yuyub aparıb.

Hökumət zərər dəyən sahibkarların dövlətə olan borcunun ödənilməsini təxirə salıb.

Qeyd edək ki, sel bölgədə ciddi fəsadlar törədib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR