Nəhəng mavi balinanın ölü bədəni sahildə

Yaponiyada nəhəng bir mavi balinanın cansız bədəni Kamakura şəhəri yaxınlığında sahildə görünüb.

Metbuat.az-ın “Mynet.com”a istinadən verdiyi məlumata görə, Tokio Beynəlxalq təbiət və elm muzeyindən Yuko Tajima erkək mavi balina balasının bu il doğulduğunu və ölçüsünün 10 metr 52 santimetr olduğunu deyib. Mütəxəssislər ölkədə belə nadir tapılan bir növün ilk dəfə görüldüyünü deyib.

Nəhəng balina balasının ölüm səbəbi hələ də bilinmir. Qalıntıların mütəxəssislər tərəfindən yoxlanışı üçün Kamakura sahilində çadırlar qurulub. Balinanın qalıqları yoxlanış üçün Shizuoka əyalətindəki bir kompleksə göndərilib.



https://metbuat.az/news/1005475/meshur-aktrisa-cim...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR