İngiltərənin "Mançester Yunayted" klubunu tərk edərək ABŞ-ın paytaxtı Vaşinqtonun "Di Si Yunayted" klubuna keçmiş 32 yaşlı Ueyn Runi yenə də milyonları heyrətləndirməyi bacarıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, onun xanımı Kolin isə dünən Vaşinqtonda alış-veriş zamanı 1000 dollarlıq "Versace" maykası və 400 dollarlıq kəmər alıb. Ümumiyyətlə, Kolin əri Ueyn və oğlu Kaylla yollandığı alış-verişdə 19 min dollar xərcləyib.

Kolin Runi Vaşinqtonu çox bəyəndiyini İnstagram-dakı profilində yazıb.

Bir zamanlar Lionel Messi və Kriştianu Ronaldunun ən ciddi rəqibi sayılan, son vaxtlarda isə haqqında "zəifləyib, pis oynayır, formadan düşüb" deyilən Ueyn Runi fantastik oyun göstərib.

"Orlando Siti"yə qarşı matçda Runinin oyunu "ABŞ-da mövsümün ən yaxşı oyunu" adlandırılıb.

Matçın 90+6-cı dəqiqəsidir, hesab 2:2-dir. "Di Si Yunayted"in qolkiperi qapıdan çıxaraq rəqib qapısına künc zərbəsi vurur. Amma "Orlando"nun müdafiəçisi topu çıxarır və komanda "Di Si Yunayted"in boş qalmış qapısına doğru əks-hücuma keçir.

Vaşinqtonlular uduzacaqdılar. Orlandoluların forvardı Uill Conson oyunda 3-cü qolunu vurmaq üçün şütüyürdü. Lakin Ueyn Runi çox böyük sürətlə onu qabaqlayıb, topu alır və Lusiano Akostaya az qala ideal ötürmə edib.

Akosta da "Di Si Yunayted"in qələbə qolunu vurur, oyun 3:2 bitir.

Milli.Az