İspaniyanın "Atletiko" klubu yeni transferlərini rəsmən ictimaiyyətə təqdim edib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, söhbət hücumçu Nikola Kaliniçlə müdafiəçi Santyaqo Ariasdan gedir.
Kaliniçin Madrid təmsilçisində 9, Ariasın isə 4 nömrəli formanı geyinəcəyi açıqlanıb.
Qeyd edək ki, Nikola İtaliyanın "Milan" klubundan transfer olunub. Xorvatiyalı hücumçunun keçidi ispanlara 15 milyon avroya başa gəlib. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi olan Arias isə Hollandiyanın PSV klubundan transfer edilib. 26 yaşlı futbolçu La Liqa nəhəngi ilə 5 illik müqaviləyə imza atıb.
Milli.Az