Türk həyat yoldaşını tərk edən rus ana qızını yatarkən

Rusiyada 18 yaşlı gənc qız qardaşı tərəfindən evində ölü tapılıb.

Metbuat.az-ın “Haberler.com”a istinadən verdiyi məlumata görə, gənc qızı türk həyat yoldaşı tərəfindən tərk edilən anasının öldürdüyü ortaya çıxıb. Həyat yoldaşının evi tərk etməsindən sonra öz qızını yatarkən balta ilə öldürməklə günahlandırılan Tatyana adlı qadın nəzarətə alınıb.

Prokukorluq işçiləri cinayətin ana ilə qız arasında baş verən şiddətli mübahisədən sonra baş verdiyindən şübhələndiyini açıqlayıb.

Psixoloji problemləri olduğu ortaya çıxan ana ilk ifadəsində qızı ilə çox şiddətli davalar etdiyini deyib. “onun kimi 7 qızım olsa hamısını öldürərdim” deyərək peşman olmadığını bildirib.

Yulianın cansız bədənini evdə tapan qardaşı sosial şəbəkədə “ bacımı dəfn edəcək pulumuz yoxdur. Xahiş edirəm bizə kömək edin” deyə səslənib.


https://metbuat.az/news/1007559/ozunu-timsah-zenn-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR