Göygöldə yolu keçən piyadanı avtomobil vurub öldürüb

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Goranboy rayon sakini Məmməd Tağıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Səkinə Bağırovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

İŞIQ PULU çox gəlir? - Qənaət etmək istəyənlər, bu əşyalara DİQQƏT! / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR