Hamilə olduğunu düşünən qadın həkimə getdikdə həyatının şokunu yaşadı

İngiltərənin Nyukastl şəhərində yaşayan 26 yaşlı Sarah Nikolson hamilə olduğunu zənn edərkən həyatının şokunu yaşayıb.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, birdən böyüyən qarnında uşaq daşıdığını düşünən qadın bədənində dəyişikliklər yarandığını görərək həkimə müraciət edib.

Qarnında şişliklə yanaşı qarın ağrısı, yorğunluq kimi əlamətlər də yaranmağa başlayıb. Sahib olduğu simptomlara görə İrritabl bağırsaq sindromuna tutulduğunu düşünüb. Həkimə gedən Sarahın qarnında edilən müayinədən sonra yumurtalıqlarında iki böyük şiş olduğu ortaya çıxıb. Qarın şişliyinə səbəb olan şişlərdən biri tam 4.5 kiloqram, digəri isə 1.81 kiloqram yəni təxminən bir portağal böyüklüyündə idi.

Həkimlər Saraha şişlərin götürülməsi üçün əməliyyat olunmasını deyib. Bu əməliyyatdan sonra uşaq sahibi ola biməyəcəyini öyrənən qadın qərarsız qalıb. Həkimlər Saraha xərçəngin üçüncü mərhələsində olduğunu deyib. Bu da xəstəliyin son mərhələsinə sadəcə bir mərhələ qalması demək idi. Çarəsiz qalan qadın əməliyyat olunmağa qərar verib.

Aniden Beliren Karnı Yüzünden Hamile Kaldığını Sandı, Gerçeği Öğrenince Şoku Yaşadı

Aniden Beliren Karnı Yüzünden Hamile Kaldığını Sandı, Gerçeği Öğrenince Şoku Yaşadı

http://matbuat.az/news/1007608/turk-heyat-yoldasin...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR