Türkiyə, Rusiya və İran prezidentləri sentyabr ayında
Suriya münaqişəsinin həlli üçün bir araya gələcək.
Publika.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü
Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan,
Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin
görüşünün Tehranda keçirilməsi planlaşdırılır.
“Üç ölkə liderinin Suriya münaqişəsinin həlli ilə bağlı zirvə
görüşünün sentyabr ayında keçirilməsi ilə bağlı diplomatik iş
həyata keçirilir. Diplomatik kanallar vasitəsilə görüşün dəqiq
tarixi müəyyən ediləndə ictimaiyyətə açıqlama veriləcək”, - deyə o
bildirib.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da bildirib ki, zirvə
görüşünün Tehranda keçirilməsi planlaşdırılır: "Tarix tam
dəqiqləşəndə məlumat veriləcək”.
Qeyd edək ki, bu üç ölkə arasında Suriya münaqişəsinin həlli ilə
bağlı başlanan Astana prosesi davam edir. Lakin ABŞ-ın Türkiyə,
İran və Rusiyaya qarşı hücumları fonunda üç liderin bir araya
gəlməsi Donald Trampa qarşı ittifaqın daha da güclənməsi ilə
nəticələnəcəyi gözlənilir.
Asif