"Milan"ın oyunu təxirə salındı -

İtaliya A Seriyasında 2018-2019 mövsümünün ilk turunun 2 oyunu təxirə salınıb.

Metbuat.az-ın Qol.az-a istinadən məlumatına görə, avqustun 14-də Genuya şəhərindəki Morandi körpüsünün çökməsi nəticəsində baş vermiş faciəyə görə avqustun 19-a təyin olunan "Milan" - "Cenoa" və "Sampdoriya" - "Fiorentina" matçları keçirilməyəcək.

Rəhbərlik hazırda digər oyunların da başqa vaxta keçirilməsini müzakirə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR