Türkiyənin DİN rəhbəri ABŞ səfirliyinə olan hücumla bağlı açıqlama verdi

Xəbər verdiyimiz kimi ABŞ-ın Ankara səfirliyinə silahlı hücum olub.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Atatürk Bulvarında dayanan avtomobildən səfirliyin binasının 6 nömrəli qapısındakı təhlükəsizlik xidmətinin olduğu kabinəyə 4-5 dəfə atəş açılıb. Güllələrdən biri şüşəyə dəyib. Hadisə zamanı ölən və yaralanan olmayıb.

Türkiyə daxili işlər naziri Süleyman Soylu, silahlı hücumla bağlı açıqlama verib: “Hadisə baş verən andan əməkdaşlarımız texniki analiz aparırlar. Hazırda həmin avtomobili və avtomobilin içərisindəki şəxsləri tapmağa çalışırıq”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da açıqlama verərək bildirib ki, provakasiya xarakterli hücumu qınayırıq: “Hadisəni törədənlərin ən qısa müddətdə qanun qarşısında cavab verməyini istəyirik”.

Prezidentin sözçüsü İbrahim Kalın da Tvitter hesabından açıqlama yayaraq bildirib ki, bu açıq şəkildə xaos yaratmaq istəyidir: “ABŞ səfirliyinə qarşı törədilən hücumu qınayırıq. Türkiyə güvəniləcək ölkədir. Hadisə araşdırılır və ən qısa müddətdə müəyyən ediləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR