Qazıntı işləri zamanı elə bir şey tapdılar ki...

Londonda aparılan qazıntı işləri zamanı işçilər ciddi təhlükə ilə üzləşiblər.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, torpağın altından 2-ci Dünya müharibəsi dövrünə aid bomba tapılıb. Bildirilir ki, mərmi partlamadığından işçilərin diqqətsizliyi ciddi tələfata yol aça bilərdi. Mərmiyə sərt şəkildə təmas böyük partlayışa səbəb olacaqdı.

Lakin bombanı vaxtında görən işçilər, müvafiq qurumlara məlumat verib. Onun zərərsizləşdirilməsi üçün xüsusi nümayəndələr cəlb olunub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR