ABŞ Rusiyanın ölkədəki yüz milyonlarla dollar məbləğində

ABŞ Rusiyanın ölkədəki yüz milyonlarla dollar məbləğində aktivlərini dondurub.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu ABŞ maliyyə nazirinin müavini Siqal Mandelker deyib.

O, bu barədə ABŞ Konqresində çıxışı zamanı açıqlama verib.

Qeyd olunur ki, Vaşinqton sanskiyalar siyahısına iki Rusiya vətəndaşını və bir şirkəti əlavə edib.

Bundan başqa, Şimali Koreya ilə bağlı sanksiyalar siyahısına Rusiyanın daha iki şirkəti və altı gəmisi daxil edilib.

S.Mandelker bildirib ki, rəsmi Moskva “davranışlarını dəyişdirməyənədək” ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqini davam etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR