İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra

İsveçin Blekinqe əyalətində “JAS-39” qırıcısı quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, təyyarə iri quş sürüsü ilə toqquşduqdan sonra pilot idarəetməni itirdiyini hiss edib.

Nəticədə pilot katapult edib və təyyarə yerə çırpılıb. Şahidlər təyyarənin alçaqdan uçduğunu bildirib.

Hadisə nəticəsində pilot xəsarət almayıb.

Qeyd edək ki, İsveçdə təyyarələrlə quşların il ərzində 400-ə yaxın toqquşması qeydə alınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR