İran nüvə sazişini tərk etməyəcək -

ABŞ-ın mövqeyindən asılı olmayaraq, İran nüvə sazişini tərk etməyəcək.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, İranın Xarici İşlər naziri Cavad Zərif bildirib ki, Tehran müqavilədə yer alan digər ölkələrlə birgə sazişin şərtlərinə sadiq qalacaq. Onun sözlərinə görə, Avropa Birliyi İrandakı xarici şirkətləri Vaşinqtonun sanksiya təzyiqindən qorumaq üçün bəzi addımlar atır.

“Bu addımlar daha ciddi və əhatəli şəkildə olmalıdır” deyən diplomat, Avropa Birliyinin İrana dəstək verməsindən məmnunluq ifadə edib. O qeyd edib ki, Avropa ölkələri birlik nümayiş etdirərək,öz mövqeyini Birləşmiş Ştatlar qarşısında diqtə etməlidir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR