Bəhreyn bu ölkənin vətəndaşlarına viza verilməsini dayandırdı

Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyənatda bildirilir ki, 2017-ci il 5 iyun tarixli Qətər dövləti ilə münasibətləri dayandırmaq qərarına əsasən və nazirlər şurasının sərəncamlarının icrası çərçivəsində DİN bəyan edir ki, Qətər hakimiyyətinin Bəhreyn krallığına qarşı düşmənçilik hərəkətlərinin məsuliyyətsiz davam etdirməsinə görə, Qətər vətəndaşlarına giriş vizalarının verilməsini dayandırmaq qərara alınıb.

Məlumatda bildirilib ki, istisnalar yalnız Bəhreyndə təhsil alan qətərli tələbələr və hazırda vizası olan vətəndaşlar üçün edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR