Cənubi Koreya ölkəyə yaxınlaşan qasırğaya hazırlaşır

Cənubi Koreya Prezidentinin Administrasiyası yarımadaya güclü qasırğanın yaxınlaşması ilə əlaqədar olaraq ölkədə Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin fəaliyyətə başladığını bəyan edib. Bu barədə Ryonhal agentliyi məlumat yayıb.

Metbuat.az xəbər verir ki, Koreya Dövlət Meteorologiya İdarəsinin məlumatına görə, “Soulik” adlı qasırğa Cənubi Koreyaya cümə axşamında çatmalıdır. Qasırğa altı ildə ilk dəfə olaraq yarımadanın ərazisindən keçəcək.

Məlumatda deyilir ki, "Soulik" tayfunu Cənubi Koreyaya avqustun 23-ü çatmalıdır. Tayfun son 6 il ərzində ilk dəfə yarımadanın ərazisində keçəcək.

Ryonhal agentliyinin əvvəlki məlumatında bildirilib ki, ölkə rəhbərliyi qasırğanın nəticələrinin minimuma endirilməsi üçün aidiyyəti qurumları bütün mümkün tədbirləri görməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR