Ufada sərnişin təyyarəsi qəza enişi edib

"Red Wings" aviaşirkətinin "Tu-204" sərnişin təyyarəsi Rusiyanın Ufa şəhərinin hava limanından qalxdıqdan bir qədər sonra qəza enişi edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ufa şəhərinin hava limanının saytında bildirilir.

Məlumatda deyilir ki, yerli vaxtla saat 05:06-da "Red Wings" aviaşirkətinin Ufa-Soçi reysini həyata keçirən "Tu-204" sərnişin təyyarəsi sol mühərrikin alışması səbəbi ilə "Ufa" hava limanında qəza enişi edib. Təyyarənin göyərtəsində olan 202 sərnişinin hamısı təxliyə edilib, xəsarət alan yoxdur. Aviaşirkət sərnişinlərin Soçiyə göndərilməsi üzərində çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR