ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının “Twitter”-i dağıdılıb

22:57 12 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 22:51 ]

Bakı-APA. ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının “Twitter” sosial şəbəkəsindəki bloqu dağıdılıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, səhifəni dağıdan xakerlər bunu “İŞİD”-in adından etdiklərini bildiriblər.

 

Səhifədə təhdidlərlə dolu bəyanatlar dərc edilib. Bundan əlavə, xakerlər hərbi qulluqçuların adları və telefon nömrələri və komandanlığın xəritəsini bloqda yerləşdiriblər. Hazırda dağıdılmış bloqun fəaliyyəti dayandırılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR