Qətər əmiri 21 il əvvəl tualetindən istifadə etdiyi xanımı tapdı -

Qətərin keçmiş əmiri Həməd Bin Xəlifə Əs-sani ona 21 il əvvəl İtaliyada edilən yaxşılığı unutmayıb.

Metbuat.az BBC-yə istinadən məlumat verir ki, 21 il əvvəl Əmir turist kimi İtaliyanın Brindisi bölgəsinə səyahət edib. O bölgədə gəzərkən tualet ehtiyacını ödəmək üçün yer axtarsa da, tapa blməyib. O vaxt ərazi turistik baxımdan inkişaf etmədiyi üçün kafe-restoranlar olmayıb. Həmin vaxt yerli sakinlərdən biri qapısını Qətər Əmirinə açıb.

İllər soran Əmir qadını yenidən ziyarət etməyə qərar verib. O, bu il bölgəyə səfəri zamanı xanıma bahalı hədiyyələr aparıb. Bildirilir ki, Qətər əmiri qadının adını və bölgəni yadında saxladığı üçün onun evini tapmaq çətin olmayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR