"Barselona" Valverde ilə müqavilə yeniləyir

Barselona” rəhbərliyi komandanın baş məşqçisi Ernesto Valverdenin işindən razıdır.

Metbuat.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi 54 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirmək istəyir. Rəhbərliyin sentyabr ayının sonu və ya oktyabrın əvvələrində təcrübəli çalışdırıcı ilə müqavilə müddətinin uzadılması barədə danışıqlara başlayacağı bildirilir. Valverdenin hazırkı sözləşməsi 2019-cu ilin yayına qədərdir.

Qeyd edək ki, ispan məşqçi “Barselona”ya ötən yay “Atletik”dən gəlib. Kataloniyalılar onun başçılığı altında La Liqa, İspaniya Kral kuboku və Superkuboku qazanıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR