Mənim barəmdə impiçment prosesi başlayarsa... -

“Əgər mənim barəmdə impiçment prosesi başlayarsa, onda ölkənin iqtisadiyyatı çökər”.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp özünün keçmiş vəkili və seçkiqabağı təşviqat kampaniyasının sabiq sədri barədə ittihamlara münasibət bildirərkən belə deyib.

O Foks telekanalına müsahibəsində bildirib ki, impiçment qərarı bu günə kimi görünməyən iqtisadi fəsadlar ortaya çıxaracaq.

Qeyd edək ki, andlılar məhkəməsi Trampın təşviqat kampaniyasının keçmiş sədri Pol Manafortu vergilərdən yayınma, bank fırıldaqçılığı və daha 4 maddə üzrə günahkar bilib. Keçmiş vəkil Maykl Koen isə seçki qanunu pozmaqda ittiham edilir. Bəzi yerli media orqanları Trampa üçün impiçment çağırışları edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR