Havay ştatında fövqəladə

ABŞ prezidenti Donald Tramp Havay ştatında fövqəladə vəziyyət rejimi elan edib.

Metbuat.az-ın "Ağ Ev"ə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejiminin elan olunmasına səbəb "Leyn" qasırğasının ştata yaxınlaşması olub.

Fövqəladə vəziyyət rejimi qasırğanın nəticələri ilə mübarizə üçün ştata federal yardım ayırmağa imkan verir. Bu səylərin əlaqələndirilməsi ilə Fövqəladə Hallar Federal Agentliyi məşğul olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR