Pompeo KXDR üzrə

ABŞ dövlət katibi Mayk Pompeo Stiv Bigeni KXDR üzrə xüsusi nümayəndə təyin edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə M.Pompeo Dövlət Departamentində jurnalistlərə bildirib.

S.Bigen öz növbəsində bildirib ki, KXDR ilə problemlərin "həlli çətindir": "Prezident imkan yaradıb və biz Şimali Koreyanın sülhlü gələcəyi üçün bütün imkanlardan istifadə etməliyik. Bu, Şimali Koreyanın tam denuklearizasiyasından başlamalıdır".

Qeyd edək ki, Stiv Bigen daha əvvəl "Ford" avtokonserninin beynəlxalq ictimai əlaqələr üzrə vitse-prezidenti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR