“ABŞ-a güvənməməliyik, yeni layihə həyata keçirməliyik”

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı hədəf alan çox sərt açıqlama verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron, “Avropanın müdafiəsi üçün ABŞ-a güvənməməliyik, yeni layihə həyata keçirməliyik” deyib.

Fransa lideri bildirib ki, qitənin müdafiəsinə bütün ölkələr daxil edilməlidir, bura Rusiya da aiddir. ABŞ lideri Donald Tramp, NATO-dan çıxmaq istədiklərini bir neçə dəfə dilə gətirib.

Suriyadakı vətəndaş müharibəsilə bağlı da açıqlama verən Makron, Bəşər Əsəd rejiminin kimyəvi silahlardan istifadə edəcəyi təqdirdə, yeni hava əməliyyatlarının həyata keçiriləcəyini elan edib. Makronun fikrincə, Əsədi dəstəkləmək bərbad səhvdir.

Qeyd edək ki, Suriyada Əsəd rejimini dəstəkləyən Rusiya, ötən həftə ABŞ, İngiltərə və Fransanın hava əməliyyatı planlaşdırdığını bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR