Türkiyə prezidenti Tereza Meylə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşüb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanla Mey gündəlik və regional məsələləri müzakirə ediblər. Görüşdə ikitərəfli iqtisadi və ticarət əlaqələri, qarşılıqlı investisiyaların daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Xəzinədarlıq və Maliyyə Naziri Berat Albayrak ilə ingilis həmkarının qısa müddət sonra görüşü razılaşdırılıb.

Görüş zamanı İdlib də daxil olmaqla Suriyadakı son vəziyyət müzakirə edilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR