“Plansız və spesifik olmayan sanksiyalara görə, ABŞ-a reaksiya verməliyik”

Almaniya xarici işlər naziri Heiko Maas ABŞ-ın Almaniya və ümumilikdə Avropanı maraqlandıran sanksiya siyasətinə cavab verilməsi çağırışı edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Maas açıqlamasında bildirib ki, Rusiya, Türkiyə və Çinə tətbiq olunan və bəlkə də irəlidə digər ortaqlarımıza tətbiq olunacaq plansız və spesifik olmayan sanksiyalara görə, ABŞ-a reaksiya verməliyik.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Skripal hadisəsinə aid olmağına dair bir sübut belə olmamasına baxmayaraq, Rusiyaya qarşı tətbiq etdiyi sanksiya bu gündən qüvvəyə minib.

Sanksiya paketinə Rusiyaya təcili humanitar yardım lazım olmadığı müddətdə bütün xarici yardımlar, hərbi sahədə məhdudiyyətlər (silah, ikili təyinatlı məhsulların və texnologiyaların, milli təhlükəsizlik baxımından “həssas” texnologiyaların satışı) ilə bağlı qadağalar daxildir. Bundan əlavə, Rusiyaya heç bir qurum, agentlik və ABŞ hökuməti tərəfindən kredit, kredit zəmanəti və maliyyə dəstəyi verilməyəcək.

Kosmos sahəsində texnologiya və mülki aviasiya təhlükəsizliyinin ixracı və təkrar ixrac edilməsi məsələsi sanksiyaya daxil edilməyib. Sanksiyaların ən azı 1 il müddətində qüvvədə qalacağı bildirilib.

Rusiyanın Xarici İşlər Nazirliyi isə ABŞ-ın tətbiq etdiyi sanksiyalara adekvat cavab veriləcəyini açıqlayıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR