Xırdalanda ikimərtəbəli ev yanıb

Xırdalanda ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evdə yanğın olub.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi və ev əşyaları 10 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sabaha olan hava proqnozu AÇIQLANDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR