“ABŞ Suriyaya hücum etməyə hazırlaşır”

Rusiya ABŞ-la bağlı yeni iddia səsləndirib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Yaxın Şərqdə hərbi gücünü artıran ABŞ-ın Suriyada rejim qüvvələrinə hücum etməyə hazırlaşdığını açıqlayıb.

Rus ordusunun general-mayoru İqor Konaşenkov, “USS Ross” döyüş gəmisinin 25 avqustda Aralıq dənizinə girdiyini və 28 “Tomahawk” raketini daşıdığını bildirib. Bu açıqlama Fransa lideri Emmanuel Makronun, “Əsəd rejimi Suriyada kimyəvi silahdan istifadə etdiyi halda hava hücumu təşkil edəcəkləri” açıqlamasından bir neçə saat sonra verilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR