Suriya ordusu 3 tərəfdən İdlibi mühasirəyə alıb

Suriya ordusunun İdlib şəhərindəki müxaliflərə qarşı hücum təşkil etmək üçün hazırlıq gördüyü məlum olub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Əsəd qüvvələri İdlibi 3 tərəfdən mühasirəyə alıb. İdlibi mühasirəyə alan qüvvələrin böyük hissəsi Suriya ordusunun ən böyük düşərgələrindən biri olan Gurin düşərgəsindən gətirilib.

Alman hökumətinin sözçüsü Steffen Seibert yazılı açıqlamasında bildirib ki, Almaniya kansleri Angela Merkellə ABŞ prezidenti Donald Tramp telefon danışığı edib və əsas müzakirə mövzusu Suriya olub: “Onlar Suriyada, xüsusilə İdlibdəki vəziyyətdən narahat olduqlarını bildiriblər”. Seibert Rusiyanın Suriya rejimi üzərində təsiri olduğunu və gərginliyin qarşısını almaq üçün çağırış edib.

Digər tərəfdən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı keçirərək bildiriblər ki, bölgədə keçirilə biləcək hərbi əməliyyat mülki vətəndaşlara ciddi mənada zərər verə bilər: “Digər bölgələrdən koridor açılan zaman bəzi radikal qruplar İdlibə gəlib. Bu qruplar müxalifəti də, mülki vətəndaşları da narahat edir. Terrorçularla mülki vətəndaşları ayırmaq lazımdır. Digər tərəfdən, burada hərbi həll yolu fəlakətə səbəb ola bilər”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR