Kişi həyat yoldaşını BU HALA SALDI

Türkiyənin Antalya şəhərində xalası oğlu ilə 8 ildir evli olan, 2 uşaq anası Mömünə adlı qadın başına iş gəlib.

Metbuat.az “Habertürk.com”a istinadən xəbər verir ki, qadın İstanbuldakı xalasının yanında qalan 4 yaşlı qızının evə qayıtması münasibətilə tort hazırlayıb. Yemək yedikdən sonra qızına tortu göstərən Mömünə kiçik oğlunu sevindirmək üçün isə ona peçenye verib. Uşağın əl və ağzında peşenye qalıqlarının qalması atasını əsəbiləşdirib. Çütlük arasında baş verən dava zamanı ata uşaqlarının gözü qarşısında Mömünəni döyüb. Huşunu itirən Mömünə təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı qadının burnunda çat və qolundan belinə qədər bir çox yerində toxuma zədələnməsi müəyyən olunub. Xəstəxana polisi tərəfindən ifadəsi alınan Mömünə həyat yoldaşını şikayət edib. Həyat yoldaşından boşanmaq qərarına gələn qadın hazırda dərmanlar və ağrıkəsicilər istifadə edərək yaşamağa çalışır.


https://metbuat.az/news/1014579/min-bir-derdin-der...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR