Fransalı nazir canlı yayımda istefa verdi

Fransanın ətraf mühit naziri Nikolas Hulot canlı yayımda istefa verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, “France Inter” radiosunun canlı yayımında istefa qərarını açıqlayan nazir bildirib ki, bu qərarı iqlim dəyişikliyi və ətraf mühit siyasətindəki məqsədlərinə nail olmadığı üçün verib.

Hulot bildirib ki, iqlim dəyişikliyilə mübarizə aparmaq, bioloji müxtəlifliyi müdafiə etmək və digər ekoloji təhdidləri nəzarət altına almaq üçün atılacaq addımların qeyri-kafiliyi nəticəsində ümidləri puç olub və bu qərarı verib. Onun sözlərinə görə, Fransa və digər bölgələrin qlobal istiləşməni yavaşlatmaq və biomüxtəlifliyin məhvinin qarşısını almaq üçün atdığı “mini addımlar” qeyri-kafidir.

Hulot hələ ki, istefa qərarı ilə bağlı məlumatı Fransa prezidenti Emmanuel Makrona vermədiyini bildirib. Ekspertlərin fikrincə, bu addım böyük ehtimmalla kabinetdə dəyişiklik zəncirinə yol açacaq və Makron rəhbərliyinə böyük zərbə vuracaq.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR