"Fənərbaxça"nın baş məşqçisi İSTEFA VERƏCƏK

Hollandiya mətbuatının məlumatına görə, Türkiyənin Fenerbahçe klubu liqada növbəti oyunu uduzarsa, baş məşqçi Filip Cocu istefaya gedəcək.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, Super Toto Liqdə istədiyi nəticəni hələ də ala bilməyən "Fənərbaxça" texniki direktoru ilə bağlı əhəmiyyətli bir iddia ortaya atılıb.

69 yaşlı hollandiyalı jurnalist Con Derksen komandanın həftə sonu liqada məğlub olacağı halda Filip Cocunun ölkəsinə qayıdacağını bildirib.

Derksen Cocunun "Fənərbaxça" rəhbərliyinin verdiyi sözü yerinə yetirmədiyi üçün təəssüfləndiyini deyib. Klubdan gedən futbolçuların 25 milyon avroluq gəlir gətirməsinə baxmayaraq, hələ də lazımi transferlərin olmadığını vurğulayıb.

https://metbuat.az/news/1015387/basina-zencirle-30...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR