21 yaşlı qızı aldadıb onunla evləndi

Çində qəribə hadisə baş verib.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, Honkoqdan olan 21 yaşlı qız aktrisa olmaq məqsədi ilə Çindəki özəl təshil mərkəzlərindən birinə müraciət edib. Bir müddət təhsil alandan sonra qıza gəlin rolunu oynamaq üçün rol təklif edilib. Çəkilişlər zamanı qız bir sıra sənədlərə imza atıb.

Lakin o sənədlərin həqiqi olduğundan xəbərsiz olub. Özü də bilmədən naməlum şəxslə evlənməyə razılıq verən qız, məsələnin əsl mahiyyətini kursdakı rəfiqələrindən öyrənib.

Qeyd edək ki, Çinin xüsusi statuslu bölgəsi olan Honkonqda yaşamaq üçün bəzi şərtlər var. Şərtlərdən biri də Honkonq sakini ilə evli olmaqdır. Güman edilir ki, naməlum şəxs Honkonqda yaşamaq üçün qızı aldadaraq, onunla evlənib. Həmin təhsil mərkəzi barədə araşdırmalar başlayıb. 21 yaşlı qız boşanmaq üçün məhkəməyə müraciət edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR