Ərdoğan Qırğızıstana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstana rəsmi səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, Ərdoğanı Qırğızıstana həmkarı Sooronbay Jeenbekov dəvət edib.

Səfər 1-2 sentyabr tarixlərində həyata keçiriləcək.

Dövlət başçıları Qırğızıstan və Türkiyə arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Liderlər aktual beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.

Prezidentlər, həmçinin Qırğızıstan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirak edəcəklər.

Bundan başqa, danışıqların yekunu üzrə bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR