ABŞ və ​Suriya arasında

Suriya və ABŞ arasında gizli görüş olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Suriya hökumətindəki mənbə Röyters agentliyinə açıqlama verib. Bildirilib ki, müzakirələrin predmeti Vaşinqtonun Suriyadan çəkilməsi məsələsi olub. Birləşmiş Ştatlar Suriyadan çıxması üçün 3 şərt irəli sürüb.

Vaşinqton İranlı qüvvələrin Suriyanın cənubundan tamamilə çıxmasını, ölkəninşərqindəki neft ticarətində rol almasını və terrorçu qruplar da daxil olmaqla Suriyadakı xarici qüvvələr barədə mütəmadi məlumat tələb edib. Rəsmi Dəməşqin tələblərə hansı cavabı verdiyi məlum deyil.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR