Ermənistan Kassasiya Məhkəməsinin keçmiş rəhbəri Arman Mkrtumyanın villasın hücum edən şəxslərdən birinin kimliyi müəyyən edilib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.
Ələ keçirilən şəxsin Marmaraşen kənd sakini Mais Mkrtçyan (1985-ci il) olduğunu bildirilib.
Həmçinin onun gizir rütbəsi daşıdığı və polisdə çalışdığı vurğulanıb.
Mkrtçyanla bərabər daha bir neçə nəfərin yaxalandığı, onların hakimin evinə hücumda iştirak edib-etmədiklərinin aydınlaşdırılır.
Milli.Az