Pan Gi Mundan türk və erməni xalqlarına ÇAĞIRIŞ

Pan Gi Mundan türk və erməni xalqlarına ÇAĞIRIŞ
13:19 23 Aprel 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

 

BMT baş katibi erməni və türk xalqını ikitərəfli münasibətlərin normallaşması üçün əllərindən gələni etməyə çağırıb

 

 

BMT baş katibi Pan Gi Mun erməni və türk xalqlarına müraciət edərək onları Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün əllərindən gələni etməyə çağırıb.


 

APA-nın BMT-nin xəbər mərkəzinə istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı BMT-nin mətbuat katibi Stefan Dujarik deyib.

 

Pan Gi Munun bəyanıtını səsləndirən S. Dujarik bildirib ki, BMT baş katibi 1915-ci ildə baş vermiş hadisələrin qiymətləndirilməsi ilə bağlı məsələnin kifayət qədər həssas olduğunu anlayır. “O əmindir ki, 1915-ci il hadisələri zamanı nə baş verdiyini anlamaq üçün faktların ortaya çıxarılması istiqamətində əməkdaşlığın davam etdirilməsi gələcəkdə bu kimi dəhşətli cinayətlərin törədilməsinin qarşısını almaq üçün səylərimizi möhkəmləndirə bilər”, - deyə S. Dujark qeyd edib.

 

BMT rəsmisi həmçinin Türkiyə baş naziri Əhməd Davudoğlunun “erməni soyqırımı” ilə bağlı çıxışını uzaqgörənlik kimi qiymətləndirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR