Bakıda külək güclənəcək

Bakıda külək güclənəcək
13:26 23 Aprel 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında günlərdir əsən güclü külək sabah da davam edəcək.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, aprelin 24-də şimal-qərb küləyi güclənəcək.

Abşeron yarımadasında aprelin 24-də güclü xəzri küləyi əsəcək.

Sabah hava şəraiti dəyişkən buludlu olacaq, axşama doğru arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 24-də arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=339891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR