“İrəli” İctimai Birliyi ilə Türkiyənin “Gənc MÜSİAD” təşkilatı arasında memorandum imzalanıb

“İrəli” İctimai Birliyi ilə Türkiyənin “Gənc MÜSİAD” təşkilatı arasında memorandum imzalanıb
14:28 23 Aprel 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
“İrəli” İctimai Birliyi ilə Türkiyənin ən böyük gənclər təşkilatı - “Gənc MÜSİAD” arasında əməkdaşlıq memorandumu imzalanıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, “İrəli”nin sədri Mirhəsən Seyidovun və “Gənc MÜSİAD”ın sədri Yavuz Fettahoğlunun imzaladıqları memoranduma əsasən, iki qardaş ölkənin ən böyük gənclər təşkilatları mühüm layihələr həyata keçirəcək.
“İrəli” İctimai Birliyi bir sıra ölkənin gənclər təşkilatları ilə də uğurlu əməkdaşlıq edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ireli_Ictimai_Birliyi_ile_Turkiyenin_Genc_MUSIAD_teskilati_arasinda_memorandum_imzalanib-849014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR