Bakıda türk tədqiqatçısının kitabı təqdim olunub

Bakıda türk tədqiqatçısının kitabı təqdim olunub
16:13 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Beynəlxalq Mətbuat Mərkəzində türk tədqiqatçısı Camal Aydının “Daşa qazınmış xəyanət” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitabı Azərbaycan dilinə tanınmış jurnalist Şəfəq Sultan Əlixanlı çevirib.
Tədbiri giriş sözü ilə açan tanınmış ədəbiyyatşünas alim Ənvər Əhməd “Erməni xəyanətinin Parisdəki bəlgəsi” başlığı altında çap edilən bu kitabın dilimizə çevrilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyib.
Kitabda əsrlər boyu davam edən erməni xəyanətindən söhbət açıldığını deyən Ə.Əhməd türk müəllifinin bu əsərinin onların yalançı soyqırımı iddialarına tutarlı cavab olduğunu diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin “Bir millətin iki dövləti” kəlamını xatırlayan kitabın tərcüməçisi Şəfəq Sulat Əlixanlı ermənilərin əsassız “soyqırımı” iddialarının Türkiyə ilə yanaşı, Azərbaycanın da köklü maraqlarına eyni dərəcədə toxunduğunu deyib. Bütün dünyada qondarma “erməni soyqırımı”nı təbliğ edən erməni millətçiləri, tarixçilərin arxivləri açmaq, dünyaya real tarixi faktları göstərmək çağırışlarına məhəl qoymadıqlarını deyən Ş.Əlixanlı, bildirib ki, bu, onlara sərf etmir, çünki arxiv materialları erməni millətçiliyi və terrorizminin əsl mahiyyətini açıb göstərmiş olacaq, "erməni soyqırımı" haqqında yalançı faktları alt-üst edəcəkdir. Lakin tarixi həqiqəti əks etdirən faktlar mövcuddur və elə bu kitab da o faktlardan bəhs edir.
Tədbirdə çıxış edən tanınmış jurnalistlər Xalid Rəhimli, Mahəddin Əsgər, Eldost Bayram və başqaları Camal Aydının "Daşa qazınmış xəyanət" kitabının təqdimatının bu günlərə təsadüf etməsinin Azərbaycan oxucuları üçün qiymətli hədiyyə olduğunu vurğulayıblar.
Bildirildi ki, bu əsər bəşər tarixində ilk dəfə olaraq bütün dinlərə və irqə qucaq açan, dünyaya 600 il hökmranlıq edən Osmanlı dövlətini bir daha sevilərək təqdir edəcəkdir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_turk_tedqiqatchisinin_kitabi_teqdim_olunub-849066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR