İƏT-in baş katibi: "Dağlıq Qarabağda keçiriləcək seçki qanunsuzdur"

İƏT-in baş katibi: "Dağlıq Qarabağda keçiriləcək seçki qanunsuzdur"
16:37 23 Aprel 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 16:32 ]

Baş katib beynəlxalq ictimaiyyəti bu "seçki"ləri qeyri-legitim saymağa çağırıb

Bakı. Məlahət Nəcəfova - APA. İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Amin Mədəni (İyad Ameen Madani) mayın 3-də işğal altındakı Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilməsi planlaşdırılan “parlament seçkləri”ni pisləyib.

 

APA-nın qurumu rəsmi saytına istinadən verdiyi məlumata görə, baş katibin bəyanatında bildirilir ki, bu seçki qanunsuzdur və BMT Təhlükəsizlik Şurasının, İƏT və ATƏT-in qətnamələrinin pozulması deməkdir. “İƏT baş katibi beynəlxalq ictimaiyyəti bu prosesi pisləməyə, onu qeyri-legitim hesab etməyə çağırır. Baş katib Azərbaycan Respublikasının münaqişənin sülh yolu ilə, müvafiq beynəlxalq təşkilatların qətnamələri, ölkələrin ərazi bütövlüyü prinsipi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli istiqamətində səylərini dəstəkləməklə bağlı İƏT-in sabit mövqeyini bir daha təkrar edir".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR