Ölkədə 5 yeni avtomatik stansiya quraşdırılıb - ETSN

2019-cu ildən başlayaraq ölkədə mövcud olan hava keyfiyyəti üzrə monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb, beş avtomatik rejimdə çalışan stansiya quraşdırılıb.

Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, avtomatik stansiyalar Bakı şəhərində 3 ədəd, Sumqayıt və Gəncə şəhərlərində isə 1 ədəd olmaqla quraşdırılıb:

"Stansiyalardan atmosfer havasındakı toz hissəcikləri və qaz birləşmələrinin monitorinq nəticələri əldə olunaraq Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ötürülür. Monitorinq stansiyaları ilə əhatə olunmayan ərazilərdə isə hava keyfiyyətinin operativ qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı