​Moskvada gün ərzində 10-dan çox partlayış törədildi

Telefon dələduzlarının tapşırığı ilə Moskva və eyniadlı vilayətdə son 24 saat ərzində ictimai yerlərdə 10-dan çox bankomat yandırılıb və pirotexniki məmulatlar partladılıb.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.

“Son 24 saat ərzində ticarət mərkəzlərində və digər ictimai yerlərdə 10-dan çox bankomat yandırılması, fişəng və petardaların partladılması qeydə alınıb. Pozucular saxlanılıb, bütün hallarda insanlar telefon dələduzlarının tapşırıqları ilə hərəkət ediblər”, – agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, saxlanılanlar arasında çoxlu yaşlı insanlar var.

“Hazırda bu faktlarla bağlı araşdırmalar aparılır, nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək”, – hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı