AFFA əməkdaşları UEFA-nın konfransında iştirak etdilər

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov Polşanın Sopot şəhərində keçirilən 14-cü UEFA Kütləvi Futbol Konfransı və mükafatlandırma mərasimində iştirak ediblər.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-ya üzv olan 55 ölkənin nümayəndələrinin qatıldığı konfransda son 3 il ərzində futbolun kütləviliyi istiqamətində görülmüş işlər haqqında geniş müzakirələr aparılıb, mühazirələr dinlənilib.

Konfransda həmçinin müvafiq nominasiyalar üzrə qalib gəlmiş ölkələrə mükafatlar təqdim edilib. UEFA-nın fəxri üzvü Per Ravn Omdal və texniki təhsil və inkişaf rəhbəri Olivier Doglia tərəfindən Fərrux İsmayılova “UEFA Grassroots Charter Member” plaketi təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı