Astarada 3-cü sinif şagirdi itkin düşüb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.
Faktla bağlı polisə məlumat verilib.