Kösəm sultan tapıldı (FOTO)

Kösəm sultan tapıldı (FOTO)
16:46 23 Aprel 2015
126 Şou
Ölkə mətbuatı
A- A+

Bütün dünyada 300 milyon insanın izlədiyi "Muhteşem yüzyıl" serialının davamı olaraq çəkiləcək "Kösəm sultan"ın baş rol ifaçısı tapıldı. ANS PRESS-in məlumatına görə, Kösəm sultanı serialda gənc aktrisa canlandıracaq.

Serialın aylardır Türkiyə və xaricdə keçirilən kastinqi başa çatıb.

İlk mövsümdə Kösəm Sultanın 16-20 yaşlarından bəhs ediləcək. Bu zaman obrazı 23 yaşlı Bensu Soral canlandıracaq.
Gənc aktrisa türk seriallarının axtarılan siması olan Hande Soralın bacısıdır. O, bir neçə serialda çəkilib.

Tarixi serial Star TV-də yayımlanacaq. Daha öncə bu rol üçün Beren Saat və Tuba Büyüküstün kimi aktrisaların adı hallanırdı.








Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=339883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR