Bakıda tarixi bina yox ola bilər (VİDEO)

Bakıda tarixi bina yox ola bilər (VİDEO)
08:01 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Nəsimi rayonundakı iki əsrlik bina tarixə çevrilə bilər.

ANS TV-nin məlumatIna görə, söhbət Bakının mərkəzində, Nəsimi rayonu, Bülbül prospekti 29 ünvanında yerləşən iki əsrlik tarixi binadan gedir. Tarixi abidə sayılan bu binaya çöldən baxanda insanın ağlına gələn odur ki, burda yaşayanların heç bir problemi yoxdur. Amma necə deyərlər içim özümü göynədir, çölüm özgəsini. Elə bu binanın da gözəlliyinə aldanmayın. Əslində məsələ tam fərqlidir.

Çöldən gözəl görünən binanın içərisinə daxil olduqda problemlər özünü biruzə verir. Tavan demək olar ki, tam çöküb. Sakinlər deyir ki, bu hələ harasıdır yağış yağdı bütün sular mənzillərin içərisində olur. Doğrudur binaya nəzarət edilir ancaq çöl fasad dəyişikliyi edilir ki, bu da problemin həlli demək deyil. Dəfələrlə aidiyyatı qurumlara məsələ ilə bağlı müraciət edilib, bir köməyi olmayıb.

“45 ildir bu tarixi binada yaşayıram. Tarixi bina qəzalı vəziyyətdədir, artıq uçub dağılır. Bununla bağlı bir çox aidiyyatı qurumlara müraciət etmişik. Bu tarixi binanı hər dəfə çölün fasad hissəsinin təmir edirlər. Ancaq binanı içərisi təmir edilmir” – deyə şikayətçi Naidə Quliyeva bildirib.

İlk olaraq Nəsimi rayon mənzil-komunaal təsərüffat birliyinə üz tutduq. Qurumun rəisi Laçın Mustafayev problemdən xəbərsiz olduqılarını bilidridi. Buna görə də ərazi üzrə fəaliyyət göstərən 48 saylı mənzil istismar sahəsinin rəisi Ramin Piriyev ilə əlaqə saxladıq. Rəis bildirdi ki, sözügedən ünvana baxış keçirilib. Müəyyən edilib ki, binada əsaslı təmir işləri aparılmalıdır. Bunun üçün qurumun maddi vəsaitə ehtiyyacı var. Artıq bununla bağlı Nazirlər Kabinetinə müraciət də edilib.

“Dam örütüyünün əsaslı təmir olunması məqsədilə müvafiq təşkilatlar tərəfindən məsələ qaldırılıb. Hazırda tarixi binada təmir-bərpa işlərinin aparılmaması məhz maliyyə vəsaitinin çatışmamazlığı olmuşdur. 2015-ci ildə yəqin ki, bu məsələ də həll olunacaq” – deyə Ramin Piriyev vurğulayıb.

Bundan başqa qurum rəisi onu da əlavə etdi ki, bu yaxınlarda sözügedən tarixi binanın həyətyanı sahəsinə asfalt örtüyü çəkilib. Dam örütüyü də təmir edilib. Bütün bu işlər Mənzil İstismar Sahəsinin hesabına həyat keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR