Muğam sənətinə həsr edilən sərgi maraqla qaşılanıb

18:08 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tanınmış rəssamı Fəxrəddin Əlinin rəsm əsərlərindən ibarət “Azərbaycan muğamı miniatürlərdə” adlı sərginin açılışı olub.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan Rəssamlar Birliyinin sədri, xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və başqaları çıxış ediblər.
Rəssam Fəxrəddin Əlinin sənətini yüksək dəyərləndirən natiqlər onun muğamın ayrı-ayrı guşələrinə həsr edilən rəsmlərinin özünəməxsusluğu, orijinallığı ilə seçilməsini və bu baxımdan böyük maraq doğurduğunu bildirərək, rəssama yeni sənət uğurları arzulayıblar.
Rəssam Fəxrəddin Əli sərgiyə gələnlərə minnətdarlığını bildirib.
Sonra sərgi iştirakçıları muğam musiqisinin sədaları altında rəssamın yeni əsərlərinə maraqla tamaşa ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mugam_senetine_hesr_edilen_sergi_maraqla_qasilanib-849130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR