Britaniyanın ən varlı musiqiçilərinin siyahısına Pol Makkartni başçılıq edir

Britaniyanın ən varlı musiqiçilərinin siyahısına Pol Makkartni başçılıq edir
18:13 23 Aprel 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+



Bakı, 23 aprel, AZƏRTAC
Əfsanəvi The Beatles qrupunun keçmiş üzvü Pol Makkartni Böyük Britaniyanın ən varlı musiqiçilərinin siyahısına başçılıq edir. Onun varidatı 1,1 milyard dollar həcmində qiymətləndirilir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, keçən illə müqayisədə Pol Makkartninin varidatı 30 milyon dollar artıb. O, buna görə yük daşımaları ilə məşğul olan kompaniyada paya malik həyat yoldaşı Nensi Şevellə borcludur. Belə ki, Nensi 225 milyon dollar dəyərində aksiyalara sahibdir.
Siyahıda ikinci yerdə 976 milyon dollar vəsitlə “Pişiklər”, “Ulduz ekspresi” və “opera kabusu” müziklləri ilə məşhurlaşan teatr bəstəkarı Endryu Lloyd Vebber gəlir. Varlı musiqiçilərin reytinqində üçüncü yerin sahibi 637 milyon dollar qazanmış U2 rok-qrupudur.
Sonrakı yerləri 406 milyon dollarla Elton Con, 338 milyon dollarla Mik Caqqer, 315 milyon dollarla Kit Riçards, 293 milyon dollarla Maykl Fletli tutur. Səkkizinci yerdə isə daha bir keçmiş The Beatles-çi Rinqo Starr qərarlaşıb. Onun varidatı 270 milyon dollar həcmində qiymətləndirilir. Reytinqin doqquzuncu pilləsində 270 milyon dollarla Stinq, onuncu pilləsində isə Pink Floyd rok-qrupunun qurucularından biri Rocer Uoters yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyanin_en_varli_musiqichilerinin_siyahisina_Pol_Makkartni_baschiliq_edir-849137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR